2022-2023-cü tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin 4 məzunu bu təqaüdə layiq görülüb:
1.Qubadlı rayon Xanlıq kənd 2 nömrəli tam orta məktəbin məzunu Humaylı Xalidə Nizami qızı;
2.Zəngilan rayon 34 nömrəli tam orta məktəbin məzunu Əlizadə İsmayıl Ceyhun oğlu;
3.Cəbrayıl rayon 23 nömrəli tam orta məktəbin məzunu Mehdizadə Sadıq Ramil oğlu;
4.Cəbrayıl rayon 14 nömrəli tam orta məktəbin məzunu Namazlı Aytən Nazim qızı.
Məzunlarımızı təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.