Laçın rayonu üzrə ümumi təhsil müəssisələrinin direktorları ilə görüş keçirilib.
2022-2023-cü tədris ilinin fəaliyyət istiqamətlərinə həsr olunan görüşdə Laçın rayonu üzrə təhsil sektorunun müdiri, əməkdaşları, ümumi təhsil müəssisələrinin direktorları iştirak ediblər.
Görüşdə qarşıda duran vəzifələr, tədrisin keyfiyyətinin yüksəldilməsi və digər cari məsələlər müzakirə olunub.
Daha sonra məktəb direktorlarını maraqlandıran suallar cavablandırılıb, təkliflər səsləndirilib.