13.09.2022

Şərqi Zəngəzur Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransı

Sentyabrın 13-də Şərqi Zəngəzur Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib.

Konfransda Elm və Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov, Qubadlı, Kəlbəcər, Laçın, Cəbrayıl, Zəngilan rayonlarında çalışan təhsil işçiləri iştirak ediblər.

Tədbirdən əvvəl qonaqlar Ulu öndər Heydər Əliyevin abidəsinin önünə gül dəstələri düzüblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Elm və Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil məktəblərinin 2021-2022-ci tədris ili üçün statistik göstəricilərini iştirakçıların diqqətinə çatdırıb, növbəti illərdə qarşıda duran ən vacib məsələləri, müəyyən olunmuş hədəfləri qeyd edib.

Daha sonra çıxış edən Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov tədris ilinin başlanması münasibətilə təhsil işçilərini təbrik edib, 2022-2023-cü tədris ilində qarşıda duran əsas məsələlərdən bəhs edib.

Konfransın sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.