Bu gün Müəllimlərin işə qəbulu müsabiqəsində uğur qazanaraq Zəngilan rayonunun Ağalı kənd tam orta məktəbinə təyin olunan müəllimlər tədris ocağına yola salınıb.
Müəllimləri yolasalma mərasimində Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin əməkdaşları, təhsil işçiləri, müəllimlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Ağalı kəndinə əhalinin köçürülməsi, Ağalı kənd tam orta məktəbinin fəaliyyətə başlaması "Böyük Qayıdış"ın ilk qədəmləridir. Qeyd edək ki, işğaldan azad olunmuş torpaqlarda ilk tədris ocağı olaraq fəaliyyətə başlayacaq Ağalı kənd tam orta məktəbində müəllim kimi fəaliyyət göstərmək qürurlu, şərəfli və sevindiricidir.
"Böyük Qayıdış"in ilk müəllimlərinə bu şərəfli yolda uğurlar arzulayırıq. Yolunuz daim açıq olsun!