Sentyabrın 9-da Şərqi Zəngəzur Regional Təhsil İdarəsində Müəllimlərin işə qəbulu müsabiqəsində uğur qazanaraq Zəngilan rayonunun Ağalı kənd tam orta məktəbinə təyin olunan müəllimlərlə görüş keçirilib.
Görüşdə işğaldan azad olunmuş Ağalı kəndində müəllim kimi fəaliyyətə başlayacaq olan müəllimləri təbrik edərək onlara uğurlar arzulanıb, vətənini və xalqını sevən gənc nəslin yetişdirilməsində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklərinə əminlik bildirilmişdir.
Eyni zamanda müəllimlərlə onları maraqlandıran mövzular ətrafında yekun fikir mübadiləsi aparılıb, onları narahat edən məsələlərə aydınlıq gətirilib.