29.07.2022

Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsinə start verilib

29 iyul tarixindən Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən və şagird sayı 500-dək olan ümumi təhsil müəssisələrində vakant direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsinə start verilib.

Qeyd edək ki, müsahibədə test imtahanı mərhələsində uğur qazanmış və birbaşa müsahibə mərhələsinə dəvət olunan namizədlər iştirak edə bilərlər.

 


Açar sözlər: ,