19.07.2022

Alternativ qeydiyyat mərkəzləri

18 iyul saat 11:00-dan etibarən 2022-2023-cü tədris ili üçün məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu prosesinə start verilib. Proses 14 sentyabr tarixinədək davam edəcək.

Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinə uşaqların qeydiyyat prosesində valideynlərə kömək məqsədilə alternativ qeydiyyat mərkəzləri yaradılıb.

Qeyd edək ki, avqustun 2-dən valideynlər uşaqların məktəbəqədər təhsil müəssisələrinə qəbulu ilə bağlı növbəyə yazıla biləcəklər.