Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində IX və XI sinifləri bitirən məzunlara attestatların təqdim olunması davam edir.
Attestatlar məktəb direktorları, müəllimlər, sinif rəhbərləri və valideynlərin iştirakı ilə məzunlara təqdim edilir.
Qeyd edək ki, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin IX sinfini bitirən 4901 nəfər məzundan 116 nəfəri, XI sinfi bitirən 3913 nəfər məzundan 113 nəfəri fərqlənmə attestatlarına layiq görülüb.
Məzunlarımızın hər birini təbrik edir, gələcək fəaliyyətlərində və təhsil həyatlarında uğurlar arzulayırıq.