İyulun 15-də Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən şagird sayı 151-dən 500 nəfərədək olan ümumi təhsil müəssisələrində vakant direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi keçirilib.
İmtahanda Qubadlı, Cəbrayıl, Kəlbəcər, Laçın, Zəngilan rayonları üzrə ümumilikdə 57 nəfər namizəd iştirak edib.
İmtahanlar uğurla yekunlaşıb və namizədlərin hər birinə müvəffəqiyyətlər arzulayırıq.