13.07.2022

Direktorların işə qəbulu üzrə test imtahanı mərhələsi başlayır

15 iyul 2022 -ci il tarixində saat 10:00-da Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən şagird sayı 151-500-dək və hazırda direktor vəzifəsi vakant olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsi keçiriləcək.

Qeyd edək ki, imtahan Sumqayıt şəhəri 12-ci mikrorayon ərazisində yerləşən Qubadlı rayonu M.Ağayarov adına Kavdadıq kənd tam orta məktəbində keçiriləcək. İmtahan müddəti 80 dəqiqədir.

Namizədlərə tənqidi oxu bacarığı üzrə 15, riyazi və məntiqi düşünmə üzrə 15, təhsil qanunvericiliyi üzrə 15 sual olmaqla 45 test tapşırığı təqdim ediləcək.

İmtahanda iştirak edəcək namizədlər imtahana gələrkən şəxsiyyəti təsdiq edən sənədi mütləq təqdim etməlidirlər. Namizədlər imtahan mərkəzinə saat 09:30-dan gec olmayaraq yaxınlaşmalıdır.

Həmçinin direktorların işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsində iştirak hüququ qazanan namizədlərin əlaqə nömrələrinə bu barədə SMS bildirişi və əlavə olaraq gün ərzində telefon vasitəsilə əlaqə saxlanılaraq məlumat bildiriləcəkdir.

Test imtahanı mərhələsində iştirak edəcək bütün namizədlərə uğurlar arzulayırıq!

 


Açar sözlər: ,