Qubadlı rayonunun H. Quliyev adına Çaytumas məktəb-liseyində və B. Mehdiyev adına Şəhər 2 nömrəli tam orta məktəbində elektron qiymətləndirmə vasitələrinin hazırlanması üzrə təlimlər davam edir. Təlimlərdə Qubadlı rayonunun ümumi təhsil müəssisələrində çalışan müəllimlər və inzibati heyət iştirak edir.
Qeyd edək ki, Azərbaycan Respublikası Təhsil nazirinin 18 mart 2022-ci il tarixli F-135 nömrəli əmrinə əsasən təhsil işçilərinin peşəkar inkişafının təmin edilməsi istiqamətində müxtəlif təlimlərin təşkili nəzərdə tutulub.