Təhsil naziri Emin Əmrullayevin 24 iyun 2022-ci il tarixində Mingəçevir şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib. Vətəndaş qəbulu iyunun 28-də keçiriləcək.
Müvafiq qaydada müraciət etmiş və adları qəbula yazılanlar siyahısında olan şəxslərə qəbulun keçiriləcəyi ünvan və saat barədə əvvəlcədən məlumat veriləcək. Vətəndaşlar qəbulun keçirildiyi otağa şəxsiyyət vəsiqəsi əsasında buraxılacaqlar.
Qeyd edək ki, qəbulda Mingəçevir şəhəri, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab rayonlarında qeydiyyatda olan sakinlər, eləcə də qeyd olunan rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlərin də iştirakı nəzərdə tutulub.