10.06.2022

"Yay məktəbi" təşkil ediləcək

İyunun 16-dan 2 həftə müddətinə ümumi təhsil müəssisələrində ödənişsiz və könüllü əsaslarla “Yay məktəbi” təşkil ediləcək. 30 iyun tarixinədək davam edəcək “Yay məktəbi” ərzində dərslərin sayı və qrafiki şagirdlərin yaş xüsusiyyətləri nəzərə alınmaqla müəyyən ediləcək.

 

“Yay məktəbi”nin təşkilində məqsəd pandemiya ilə əlaqədar son tədris illərində təlim prosesində yaranmış fasilələrin nəticələrinin aradan qaldırılması,  təhsilalanlara zəruri bilik və bacarıqların verilməsidir.

 

“Yay məktəbi” ərzində ekskursiyalar, muzey dərsləri, açıq havada məşğələlər və digər öyrədici fəaliyyətlər nəzərdə tutulur. Məşğələlərdə təhsilalanlara müvafiq fənlər üzrə zəruri bilik və bacarıqlar veriləcək, bölmələr üzrə ümumiləşdirmələr aparılacaq, kompleks mövzular üzrə tapşırıqlar işləniləcək.

 

“Yay məktəbi”ndə iştirak etmək istəyən təhsilalanların valideynləri (və ya digər qanuni nümayəndəsi) iyunun 13-dən etibarən övladlarının təhsil aldıqları müəssisələrə və ya aidiyyəti üzrə regional təhsil idarələrinə müraciət edə bilərlər.

 

Ümumi təhsil müəssisələrində yay məktəbinin təşkili barədə sual-cavab
 

Yay məktəblərinin təşkili ilə bağlı Təlimat


Açar sözlər: ,  ,  ,