29.04.2022

“Şuşa ili”nə həsr olunan bilik yarışı keçirilib

Kəlbəcər rayon 18 nömrəli tam orta məktəbdə "Şuşa ili"nə həsr olunan " Ağıl dəryası" adlı bilik yarışı keçirilib.

 

V-Xl sinif şagirdləri arasında keçirilən bilik yarışında şagirdlərə Azərbaycan tarixi, dili, mədəniyyəti və Vətən müharibəsi ilə bağlı suallar təqdim olunub.

 

Tədbirdə Təhsil Şöbələrindən əməkdaşlar və məktəb direktorları iştirak ediblər.