18.03.2022

Təhsil işçiləri təltif olunub.

Kəlbəcər rayon ümumtəhsil məktəblərində çalışan bir qrup məktəb direktoru səmərəli fəaliyyətinə görə təltif edilib.

 

Təltifetmə mərasimində çıxış edən ümumtəhsil məktəblərinin direktorları müəllim peşəsinin şərəfli peşə olduğu üçün müəllim adını daşıyanlara həmişə böyük hörmət və ehtiram göstərildiyini qeyd ediblər. Həmçinin onlara göstərilən diqqət və qayğıya görə təşəkkülərini bildirib, yaradılan geniş imkanlardan yüksək səviyyədə bəhrələnərək ölkəmizin gələcək inkişafı üçün Azərbaycana layiqli vətəndaşlar yetişdirmək yolunda səylə çalışacaqlarını ifadə ediblər.