25.02.2022

Xocalı soyqırımı qurbanları anılıb

Kəlbəcər Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil məktəblərində Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunan anım tədbirləri keçirilib.   

 

Tədbirlərdə  Xocalı faciəsini əks etdirən rəsmlər nümayiş etdirilib, şagirdlər şeirlər səsləndirib, ədəbi-bədii kompozisiya ilə çıxıb ediblər.

 

Anım tədbirində çıxış edən direktor, müəllim və şagirdlər Xocalı soyqırımı haqqında tədbir iştirakçılarına məlumat verərək bildiriblər ki, XX əsrin ən dəhşətli və qəddarcasına törədilmiş soyqırımı, cinayəti olan bu hadisə məqsədli şəkildə həyata keçirilib, yüzlərlə Xocalı sakini, mülki əhali, qadın, uşaq, yaşlılar amansızlıqla qətlə yetirilib. Bu hərbi təcavüz zamanı Xocalı ağır hərbi texnikadan şiddətli atəşlər nəticəsində darmadağın edilib, dinc sakinlərə amansızcasına divan tutulub. Bir neçə saat ərzində 613 soydaşımız, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilib, meyitlər üzərində təhqiredici hərəkətlərə yol verilib. Həmin kütləvi qırğın həyata keçirilərkən 8 ailənin həyatına son qoyulub, 25 uşaq hər iki valideynindən, 130 uşaq isə valideynlərinin birindən məhrum edilib, 487 dinc Xocalı sakini ağır yaralanıb və 1275 nəfər girov götürülüb. Girov götürülənlərdən 150 nəfərin taleyi indiyədək məlum deyil.

 

Xocalı soyqırımı qurbanları dərin ehtiramla anılıb, erməni təcavüzkarlarının törətdikləri bu vəhşiliklər yaddaşlardan heç zaman silinməyəcək. Xocalı soyqırımı təkcə Azərbaycan xalqına qarşı deyil, bəşəriyyətə, insanlığa qarşı törədilmiş qanlı cinayətdir.

 

Heç kim unudulmur, heç nə yaddan çıxmır!


Açar sözlər: ,