16.02.2022

Şəhidin anım tədbiri keçirilib

Kəlbəcər rayon 18 nömrəli tam orta məktəbdə məktəbin məzunu, Şəhid Elnur Mustafayevin anım tədbiri keçirilib.

 

Elnur Mustafayev Füzuli, Cəbrayıl, Xocavənd uğrunda gedən döyüşlərdə qəhrəmalıq göstərərək iştirak etmişdir. 30 oktyabr 2020-ci il tarixində Xocavənd rayonunda Qırmızı Bazar adlanan ərazidə şəhid olmuş döyüş yoldaşının nəşini xilas edərkən aldığı güllə yarası nəticəsində özü də şəhidlik zirvəsinə ucalmışdır.

 

Şəhadətindən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", Cəbrayılın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.

 

Tədbirdə şəhidin atası, anası və yaxın ailə üzvləri iştirak etmişdir.


Açar sözlər: ,