14.02.2022

Respublika Fənn Olimpiadalarının nəticələri açıqlanıb

Respublika Fənn Olimpiadalarının (RFO) rayon (şəhər) mərhələsinin nəticələrinə əsasən Kəlbəcər rayon ümumi təhsil məktəbləri üzrə 52 nəfər şagird Respublika Fənn Olimpiadasının final mərhələsində iştirak etməyə vəsiqə qazanıb.

 

Respublika Fənn Olimpiadalarının (RFO) rayon (şəhər) mərhələsinin nəticələrinə əsasən Kəlbəcər rayon 23 nömrəli tam orta məktəbin XI sinif şagirdi Ağamoğlanlı Süleyman Riyaziyyat fənnindən 96% göstərici ilə ümumi təhsil məktəbləri arasında həmin fənn və sinif üzrə ən yüksək nəticəni göstərib.

 

Qeyd edək ki, Ağamoğlanlı Süleyman daha öncə Amerika Riyaziyyat Olimpiadasında iştirak edərək gümüş medala layiq görülmüşdü.

 

Şagirdimizi, onun valideynlərini və müəllimlərini təbrik edirik.


Açar sözlər: ,