Dekabrın əvvəlindən ümumi təhsil müəssisələrində çalışan gənc müəllimlərlə adaptasiya proqramına start verilib.
Proqram Təhsil Nazirliyi və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilir.
28 dekabr saat 17:00-da “Şagirdlərin inkişafı üçün əlverişli mühitin xüsusiyyətləri və inkişafı” mövzusunda təlim keçiriləcək. Təlimdə iştirak etmək istəyən müəllimlər aşağıdakı linkə daxil ola bilərlər:
https://us02web.zoom.us/j/88154872842?pwd=QjMwRXhUUmIvTkNhamJmRkFRWXdmUT09
Qeyd edək ki, indiyədək “Öyrədici mühitin yaradılması”, “Sinfin idarə olunması”, “Məktəbdaxili qiymətləndirmənin aparılması”, “Fənn kurikulumlarının tədrisdə tətbiqi”, “Lider müəllim necə olmalıdır?”, “Məktəb fəaliyyətinin təbliği”, “Tədrisdə WEB 2.0 alətlərdən istifadə”mövzularda təlimlər keçirilib