17.12.2021

Narkomaniyaya yox deyək

17 dekabr 2021-ci il tarixində Kəlbəcər rayon 58 nömrəli tam orta məktəbdə "Narkomaniyaya yox deyek" adlı tədbir keçirildi.Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Malik Mustafayev Vətən uğrunda canından keçən şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsini tədbir iştirakçılarından xahiş etdi.

 

Daha sonra maarifləndirici tədbirdə Kəlbəcər rayon Polis şöbəsinin rəis müavini polis  polkovnik-leytenantı Elşən Quliyev və digər əməkdaşları geniş şəkildə narkomaniyanın acı fəsadlarından bəhs edərək qeyd etdilər ki,  narkomaniya ilə mübarizə istiqamətlərində maarifləndirmə, təbliğat və profilaktika işlərinin aparılması vacibdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Dövlət Proqram”ının icrası məqsədilə görülən işlər haqqında məlumat verdilər. Bu sahədə əhali arasında maarifləndirmə işlərinin aparıldığı, mətbuatda məqalələrin dərc edildiyi bildirdi.

 

Daha sonra çıxış edən təşkilatçı müavin Əflatun Ələsgərov qeyd etdi ki, narkomaniya dünya ölkələrinin və cəmiyyətlərinin ən böyük problemlərindən biridir. İllərdir ki, bu problemlə müxtəlif vasitə və metodlarla mübarizə aparılır.Bu bəla Azərbaycan cəmiyyətindən də yan keçməyib.Bildirdi ki, narkomaniya Azərbaycan şagirdləri, tələbələri üçün də böyük təhlükədir. Narkomaniyaya qarşı mübarizə məqsədilə vətəndaş cəmiyyətinin imkanlarından istifadə edilməli, gənclər arasında bu kimi zərərli vərdişlərin mənfi fəsadları haqqında, onun həyatımıza və sağlamlığımıza təhlükə, mənəviyyatımıza və dinimizə zidd olması barədə məlumatlar verilməlidir.Çıxışları dinlənilənilən şagirdlərimiz sağlamlıq üçün ciddi təhlükə yaradan və cinayətkarlığın artmasına təkan verən narkomaniyanın ən böyük sosial bəlalardan biri olduğu barədə ətraflı məlumat verərək  yeniyetmə gəncləri “narkomaniyaya yox” deməyə, sağlam həyat və mənəvi kamilliyə çağırıblar.


Açar sözlər: ,  ,