23.12.2021

Qrand layihənin bağlanış mərasimi keçirilib

Nərimanov rayonu Rafiq Nəsrəddinov adına 39 nömrəli məktəbdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin ‘Təhsildə inkişaf və innovasiyalar üzrə qrand layihə’si çərçivəsində qalib olmuş Kəlbəcər rayon 23 nömrəli tam orta məktəbin kimya müəllimi Mətanət Babayevaya aid "Kimya fənni üzrə Kəlbəcər məktəblərində ekskursiyaların təşkili" layihəsinin bağlanış mərasimi keçirilmişdir.

 

Tədbirdə Kəlbəcər rayon 23 nömrəli tam orta məktəbin direktoru Sakibə Ələsgərova, Kəlbəcər rayon 17 nömrəli tam orta məktəbin direktoru Esmira Hüseynova, 39 nömrəli tam orta məktəbin direktoru Tahirə Şükürova , Kəlbəcər rayon məktəblərinin müəllim və şagirdləri iştirak ediblər.

 

Layihənin hesabat bağlanış tədbirində şagirdlər ekskursiyalar haqqında təəssüratlarını bildirdilər. Layihə rəhbəri foto və video görüntülərlə tədbir iştirakçılarına ekskursiyaların mahiyyətini izah etdi. Sonda layihədə iştirak edənlərə sertifikatlar təqdim edildi.

 

Layihənin məqsədi şagirdlərin idrakı qabiliyyətini səmərəli idarə etmək, məktəbə gətirilməsi mümkün olmayan avadanlıqlarla şagirdləri ekskursiyalar vasitəsi ilə əyani tanış etmək idi.


Açar sözlər: ,  ,  ,  ,