10.12.2021

12 dekabr – Ümummilli lider Heydər Əliyevin anım günüdür

Kəlbəcər rayon ümumi təhsil məktəblərində Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirilib.

 

Tədbirlərdə ilk öncə Ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra şagirdlər Ulu öndər Heydər Əliyevə, vətənə, bayrağa həsr olunmuş şeirlər, mahnılar səsləndiriblər. Eyni zamanda çıxış edənlər Heydər Əliyevin həyat və yaradıcılığı haqqında, ölkəmizin inkişafı yolunda gördüyü saysız-hesabsız işlər barədə iştirakçılara məlumat verdilər.


Açar sözlər: ,  ,