Təhsil Nazirliyi və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən Gənc müəllimlərlə adaptasiya proqramının ikinci mərhələsinə start verilir.
Dekabrın 6-dan etibarən həvəsləndirmə tədbirləri tətbiq olunmayan ümumi təhsil müəssisələrində çalışan gənc müəllimlərlə adaptasiya proqramı başladılacaq.
Proqram çərçivəsində “Öyrədici mühitin yaradılması”, “Sinfin idarə olunması”, “Metodiki xidmətin təşkili”, “Məktəbdaxili qiymətləndirmənin aparılması”, “Şagirdlərin motivasiyasının artırılması”, “Lider müəllim necə olmalıdır?”, “Məktəb fəaliyyətinin təbliği”, “Təqdimat bacarığı və natiqlik”, “Müəllimin innovativ bacarıqları”, “Şagirdlərin inkişafı üçün əlverişli mühitin yaradılması” və s. mövzularda təlimlərin keçirilməsi nəzərdə tutulub.
Adaptasiya proqramında iştirak etmək istəyən müəllimlər aşağıdakı linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər: https://forms.gle/N56Vknho88WHhsYr5
Qeyd edək ki, cari tədris ilinin əvvəlindən etibarən həvəsləndirmə tədbirləri tətbiq olunan ümumi təhsil müəssisələrinə yeni işə qəbul olan, pedaqoji stajı olmayan müəllimlərlə adaptasiya proqramı keçirilib. Proqramda 200-dən çox müəllim iştirak edib, “Yaxşı müəllim necə olmalıdır”, “Sinif komplektləşdirilməsi, əməkhaqqı və ona əlavələr, əmək məzuniyyəti”, “İlk dərs gününə hazırlıq”, "Valideynlərlə əməkdaşlıq üsulları", “Uğurlu şagird-valideyn-məktəb tandeminin qurulması” mövzularında təlimlər keçirilib.