Kəlbəcərin işğaldan azad edilməsindən 1 il ötür
27 sentyabr 2020-ci il tarixdə başlamış 44 günlük Vətən müharibəsi 30 illik erməni işğalına son qoydu. Azərbaycanın dilbər guşələrindən biri, ölkəmizin qala qapısı olan doğma Kəlbəcərimiz Prezident İlham Əliyevin məqsədyönlü və uğurlu siyasəti nəticəsində döyüşsüz, qan tökülmədən azad edildi. Bu gün Kəlbəcər azaddır, üçrəngli bayrağımız Kəlbəcərdə dalğalanmaqdadır. Qarşıda isə daha böyük hədəflər var. İnanırıq ki, dövlət başçımızın uğurlu siyasəti nəticəsində azad olunan ərazilərimizdə həyat yenidən dirçələcək və doğma torpaqlarımız gülüstana çevriləcək. Kəlbəcər bizimdir, Qarabağ Azərbaycandır.