05.11.2021

Zəfər günü

8 noyabr - Zəfər günü Kəlbəcər rayon ümumi təhsil məktəblərində qeyd olunub.

 

Kəlbəcər rayon ümumi təhsil məktəblərində Zəfər günü ilə əlaqədar tədbirlər keçirilib. Tədbirlərdə şagirdlər vətənpərvərlik mövzusunda şeirlər səsləndirib, Vətən müharibəsində əsgərlərin göstərdikləri qəhrəmanlıqları əks etdirən ədəbi-bədii kompozisiyalarla çıxış ediblər. Vətən müharibəsi qaziləri, şəhid ailələri məktəblərə dəvət olunub. Qazilər qazandığımız şanlı qələbədən, keçdikləri şərəfli döyüş yolundan danışıblar. Eyni zamanda məktəblərin şagird-müəllim kollektivi Şəhidlər xiyabanını, Şəhid məzarlarını ziyarət ediblər.


Açar sözlər: ,  ,