Kəlbəcər Rayon Təhsil Şöbəsinin metodistləri Nadirov Xəqani və İbrahimli Xəqani Azərbaycan Respublikası Təhsil İnstitutu Metodik dəstək mərkəzi tərəfindən təşkil olunan təlimdə iştirak ediblər.
Azərbaycan Respublikası Təhsil İnstitutu Metodik dəstək mərkəzi rayon(şəhər) təhsil şöbəsi(idarəsi) metodkabinet əməkdaşları üçün 1-6 noyabr tarixlərini əhatə edən təlimlər təşkil edib. Təlim fənn kurikulumları, dərs dinləmə, səmərəli təlim mühitinin yaradılması, qiymətləndirmə kimi təlim istiqamətlərini əhatə edir.