29.10.2021

Şəhid ailəsi ziyarət olunub

Kəlbəcər rayon 45 nömrəli tam orta məktəbin müəllim kollektivi və şagirdləri Şəhid ailələrini ziyarət edib.

 

İlk öncə Şəhid Ədilov Səidin ailəsi ziyarət olunub. Səid Ədilov  Vətən müharibəsi başlayan zaman könüllü olaraq müharibəyə yollanıb. Ağdərə istiqamətində gedən döyüşlərdə cəsurcasına döyüşüb, Suqovuşan uğrunda gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub. Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

 

Digər ziyarət olunan ailə Şəhid Baloğlan Nağıyevın ailəsidir. Baloğlan Nağıyev ibtidai təhsilini Kəlbəcər rayon 45 nömrəli tam orta məktəbdə almışdır. Baloğlan Nağıyev 2016-2018-ci illərdə hərbi xidmətdə olub, Vətən müharibəsi başlayanda isə könüllü şəkildə cəbhəyə yollanıb. Suqovuşanın azad olunması uğrunda gedən döyüşlərdə şücayət göstərərək döyüşüb və qəhrəmancasına şəhid olub. . Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.


Açar sözlər: ,