02.11.2021

Şəhidin anım mərasimi keçirilib

Bu gün Kəlbəcər rayon 8 nömrəli tam orta məktəbin məzunu Şəhid İsmayıl Qabilovun məktəb kollektivi və ailə üzvləri ilə birlikdə anım tədbiri keçirilib.

 

Tədbirdə Şəhidin həyat yoldaşı Nəsibə xanım və övladları, məktəbin direktoru Rəna Nadirova, İsmayıl Qabilovun müəllimləri Tahirə Ələkbərova, Mehparə İsmayılova, sinif yoldaşı və eyni zamanda əsgər yoldaşı Yaşar Süleymanov və məktəbin şagirdləri çıxışlar edib, İsmayıl Qabilovun keçdiyi şərəfli döyüş yolundan, məktəb illərindən bəhs edilib. Şəhidin adını daşıyan 9-cu sinfin şagirdləri şeirlər səsləndirib, bədii kompozisiya ilə çıxış ediblər.

 

İsmayıl Qabilov Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən “İgidliyə görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub


Açar sözlər: ,