Kəlbəcər rayon 87 nömrəli tam orta məktəbdə Vətən müharibəsi Qazisi Famil Məmmədov ilə görüş keçirilib.
Görüşdə ərazi bütövlüyümüz uğrunda gedən 44 günlük haqq savaşından, həmçinin zəfərin carçıları, səbəbkarları olmuş vətən uğrunda canından keçmiş şəhidlərimiz, yaralı qazi və döyüşçülərimiz haqqında danışıldı. Şagirdlər qazimizin çıxışını olduqca maraqla dinlədi. Sonda xatirə şəkli çəkildi. Qazimizə dəvətimizi qəbul edib gəldiyi üçün 87 nömrəli tam orta məktəbin kollektivi adından təşəkkür edirik.