Oktyabrın 1-də Kəlbəcər rayonu 23 nömrəli tam orta məktəbdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi çərçivəsində qalib olmuş məktəbin kimya müəllimi Mətanət Babayevanın "Kimya fənni üzrə Kəlbəcər məktəblərində ekskursiyaların təşkili" layihəsinin rəsmi açılışı keçirilmişdir.
Tədbirdə məktəbin direktoru Respublikanin əməkdar müəllimi, Filologiya üzrə fəlsəfə doktoru, dosent Sakibə Ələsgərova, Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqənin qalibi Mətanət Babayeva, digər Kəlbəcər rayon ümumi təhsil məktəblərinin müəllim və şagirdləri iştirak ediblər.
Oktyabr ayı ərzində layihə çərçivəsində olacaq təlim və ekskursiyalarda iştirak edəcək şagirdlərin seçim prosesi və təlimlər həyata keçiriləcək.
Noyabr ayında seçilmiş şagirdlər üçün Sumqayıt Texnologiyalar Parkında yerləşən zavodlara ekskursiyalar təşkil ediləcək.
Dekabr ayında isə layihənin rəsmi bağlanışı planlaşdırılır.