04.10.2021

Prezident təqaüdünə layiq görülənlər

Kəlbəcər rayon ümumi təhsil məktəblərində 2020-2021-ci tədris ilində məzun olmuş 3 nəfər Prezident təqaüdünə layiq görülüb.

 

2020-2021-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Kəlbəcər rayon 108 nömrəli tam orta məktəbin məzunu, ali məktəblərə qəbul imtahanında 660 bal toplamış Bayramov Elçin İlqar oğlu, Kəlbəcər rayon 17 nömrəli tam orta məktəbin məzunu, ali məktəblərə qəbul imtahanında 661 bal toplamış Qurbanlı Qənirə Akif qızı, 98 nömrəli tam orta məktəbin məzunu, ali məktəblərə qəbul imtahanında 680 bal toplamış Məhərrəmli İsa Yusif oğlu Prezident təqaüdünə layiq görülüb.

 


Açar sözlər: ,  ,