Kəlbəcər rayon ümumi təhsil məktəblərində Şəhidlərin əziz xatirəsinə həsr olunmuş anım tədbirləri keçirilib.
Tədbirlərdə ilk öncə Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra müəllimlər şagirdlərə ordumuzun keçdiyi şərəfli döyüş yolu və bu yolda canından keçən qəhrəmanlar haqqında ətraflı məlumat verib. 44 günlük Vətən müharibəsi və qazanılan tarixi Qələbədən söz açılıb. Şagirdlər isə vətənpərvərlik mövzusunda kompozisiya ilə çıxış ediblər. Eyni zamanda məktəblərin müəllim və şagird kollektivi Şəhidlər Xiyabanı və Şəhid məzarlarını ziyarət ediblər.
Sonda məktəb kollektivləri Şəhidlərin xatirəsinə məktəblərin həyətində şam və küknar ağacları əkiblər.
Xatırladaq ki, Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il Sərəncamına əsasən Vətən müharibəsində qəhrəmanca döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd ediləcək.