Ümumi təhsil müəssisələrinin I-IV sinifləri üzrə 22 sentyabr 2021-ci il tarixindən ənənəvi şəkildə tədrisə başlanılıb. Bu gün qeyd edilən siniflər üzrə Kəlbəcər Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil məktəblərində 5 474 nəfər şagird ənənəvi tədrisə başlayıb.
2021-2022-ci tədris ilində Kəlbəcər rayon ümumi təhsil müəssisələrində ümumilikdə 15 013 nəfər şagirdin təhsil alacağı proqnozlaşdırılır.
Kəlbəcər rayon ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında 949 şagirdin təhsilə cəlb olunacağı gözlənilir.
2021-2022-ci tədris ilində I-XI siniflərdə ilk dərslər “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunacaq.
Qeyd edək ki, sentyabrın 29-dan isə ümumi təhsil müəssisələrinin V-XI sinifləri üzrə, eləcə də məktəbdənkənar, peşə, orta ixtisas və ali təhsil müəssisələrində də ənənəvi şəkildə tədrisə başlanılacaq.