İyulun 13-də təhsil nazirinin müavini Muxtar Məmmədov UNESCO tərəfindən təşkil olunmuş Qlobal Təhsil Görüşü 2021 – Nazirlər seqmentində iştirak edib.
"COVID-19” pandemiyasının təhsil sahəsinə təsiri, pandemiyaya qarşı cavab tədbirləri və Dayanıqlı İnkişaf Məqsədləri istiqamətində həyata keçirilmiş fəaliyyətlər mövzusuna həsr olunan virtual tədbirdə UNESCO-nun Baş direktoru Odri Azulay, UNESCO Baş direktorunun təhsil üzrə müavini Stefania Giannini və bir sıra ölkələrin təhsil üzrə rəhbər şəxsləri iştirak edib.
Tədbir zamanı çıxış edən Muxtar Məmmədov pandemiya dövründə ölkəmizdə təhsilin davamlılığının təmin edilməsi məqsədilə atılan addımlar, Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi istiqamətində təhsil sahəsində görülən işlər, əldə olunan nailiyyətlər barədə tədbir iştirakçılarını məlumatlandırıb.