Kəlbəcər rayon ümumtəhsil məktəblərində son zəng tədbirləri keçirilib
Kəlbəcər Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən,məsləhətçi İsmayıl Məhəmmədov Kəlbəcər rayon 109 nömrəli tam orta məktəbdə “Son zəng” tədbirində iştirak edib.
Tədbir digər ümumtəhsil məktəblərində olduğu kimi məktəbin həyətyanı ərazisində sosial məsafə gözlənilməklə açıq hava şəraitində 1 (bir) saatdan artıq olmamaqla, yalnız ümumtəhsil müəssisəsinin 11-ci sinif şagirdlərinin, məktəb rəhbərliyinin və məhdud sayda müəllimin iştirakı ilə keçirilib.
Bundan başqa Kəlbəcər RTŞ-nin rəhbərliyi və əməkdaşları tərəfindən “Son zəng” tədbirlərinin qaydalara uyğun şəkildə təşkil olunmasına nəzarət edilib.