18.05.2021

Kəlbəcər Rayon Təhsil Şöbəsinin tabeliyində olan ümumtəhsil məktəblərinin direktorları ilə onlayn müşavirə keçirilib

                   18 may 2021-ci il tarixdə Kəlbəcər Rayon Təhsil Şöbəsinin müdiri səlahiyyətlərini müvəqqəti icra edən, məsləhətçi İsmayıl Məhəmmədovun iştirakı ilə Yevlax rayonunda fəaliyyət göstərən, Kəlbəcər Rayon Təhsil Şöbəsinin tabeliyində olan ümumtəhsil məktəblərinin direktorları ilə onlayn müşavirə keçirilib.

Görüşdə "Xüsusi karantin rejimi qaydaları"na əməl olunması, pandemiyanın tələblərinə uyğun məktəblərdə tədrisin təşkili, təhsil işçilərinin vaksinasiyası və digər məsələlər müzakirə edilib.


Açar sözlər: ,  ,