30 aprel 2021-ci il tarixdə Kəlbəcər Rayon Təhsil Şöbəsinin müdiri səlahiyyətlərini müvəqqəti icra edən, məsləhətçi İsmayıl Məhəmmədovun iştirakı ilə onlayn müşavirə keçirilib.
Müşavirədə təhsil şöbəsinin əməkdaşları və məktəb direktorları iştirak edib. Görüşdə çıxış edən İsmayıl Məhəmmədov pandemiya tələblərinə uyğun məktəblərdə işin təşkili, təhsil işçilərinin vaksinasiyası, məktəblərdə aparılmış monitorinqlərin təhlili, 2021-2022-ci tədris ili üçün I siniflərə şagird qəbulu, elektron sistemlərlə işləyən zamanı yaranan problemlər, məktəblərdə Mülki Müdafiə işinin təşkili və cari məsələlər geniş müzakirə olunub.
Bundan əlavə İsmayıl Məhəmmədov direktorlara vaksinasiya prosesinə daha məsuliyyətlə yanaşmağı, bu məsələ ilə bağlı onların üzərinə düşən vəzifələrin düzgün dəyərləndirilməsinin vacibliyini vurğulayıb. Bildirib ki, ənənəvi tədrisin bərpası üçün ən vacib məsələlərdən biri təhsil işçilərinin vaksinasiyasıdır.
Sonda məktəb rəhbərlərinin sualları cavablandırılıb.