Kəlbəcər Rayon Təhsil Şöbəsinin müdiri səlahiyyətlərini müvəqqəti icra edən İsmayıl Məhəmmədov və təhsil şöbəsinin əməkdaşları 31 Mart Azərbaycanlıların soyqırımı günü ilə bağlı olaraq Göygöl rayonunda yerləşən Şəhidlər Xiyabanını ziyarət ediblər.
Ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarını fəda etmiş, erməni işğalçıları ilə döyüşlərdə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsini yad etmək üçün mövcud pandemiya ilə əlaqədar sosial təhlükəsizlik qaydaları gözlənilməklə Şəhidlər xiyabanında şəhidlərin məzarları üzərinə qərənfillər düzülüb, bütün şəhidlərimizin unudulmaz xatirəsi hörmət və ehtiramla anılıb.