19.02.2021

59 şagird olimpiadaların respublika mərhələsinin yarımfinal turunda iştirak etmək hüququ qazanıb

Kəlbəcər Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində təhsil alan IX, X və XI sinif şagirdlərinin, eyni zamanda xüsusi istedada malik VIII sinif şagirdlərinin iştirakı ilə keçirilən Respublika fənn olimpiadalarının birinci - rayon mərhələsinin nəticələri məlum olub.

Fənn olimpiadalarının birinci - rayon mərhələsində Kəlbəcər rayonu üzrə 59 şagird olimpiadaların respublika mərhələsinin yarımfinal turunda iştirak etmək hüququ qazanıb.

Qeyd edək ki, olimpiadaların təşkilində məqsəd istedadlı şagirdlərin aşkar edilməsi, onlarda fənlərin dərindən öyrənilməsinə marağın artırılması, bilik və bacarığı, eləcə də çalışqanlığı ilə seçilən şagirdlərin qiymətləndirilməsindən ibarətdir.      

Respublika fənn olimpiadaları “Kapital Bank”ın baş sponsorluğu ilə həyata keçirilir.