11.02.2021

Respublika fənn olimpiadalarının birinci - rayon mərhələsində Kəlbəcər rayonu üzrə ümumillikdə 279 şagird iştirak edir

        

Kəlbəcər Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində təhsil alan IX, X və XI sinif şagirdlərinin iştirakı ilə Respublika fənn olimpiadalarının birinci - rayon mərhələsi keçirilir.

Fənn olimpiadalarının birinci - rayon mərhələsində Kəlbəcər rayonu üzrə ümumillikdə 279 şagird iştirak edir.

Müvafiq fənlər üzrə olimpiadaların fərqli günlərdə təşkili nəzərdə tutulur. Bu, mövcud pandemiya şəraitinə uyğun olaraq şagird sıxlığının minimuma endirilməsi məqsədi daşıyır.

10 fevral 2021-ci il tarixində riyaziyyat və kimya fənləri üzrə, 11 fevral 2021-ci il tarixində fizika, coğrafiya, biologiya və informatika fənləri üzrə, 12 fevral 2021-ci il tarixində isə tarix, Azərbaycan dili və ədəbiyyat fənləri üzrə olimpiadalar təşkil ediləcək.

Qeyd edək ki, olimpiadaların təşkilində məqsəd istedadlı şagirdlərin aşkar edilməsi, onlarda fənlərin dərindən öyrənilməsinə marağın artırılması, bilik və bacarığı, eləcə də çalışqanlığı ilə seçilən şagirdlərin qiymətləndirilməsindən ibarətdir.           

Respublika fənn olimpiadaları “Kapital Bank”ın baş sponsorluğu ilə həyata keçirilir.


Açar sözlər: ,  ,  ,