Təhsil Nazirliyi məktəblərdə fiziki və psixoloji zorakılıq halları ilə qarşılaşan şagirdlərlə bağlı hansı işlər görür? Nazirliyin yeni başlatdığı #MənimləDanış kampaniyasının cəmiyyətə ötürdüyü mesaj nədir və hansı nəticənin əldə olunmasına imkan yaradacaq?
“Təhsil” televiziyasının “Təməl” verilişində bu suallar ətrafında müzakirə aparılır.
Verilişin qonaqları Təhsil nazirinin müşaviri Elnur Məmmədov və Bakı şəhəri 7 nömrəli tam orta məktəbin direktoru Könül Həsənovadır.