Kəlbəcər rayon ümumtəhsil müəssisələrində “Bilik günü” qeyd edilib.
“Bilik günü” və Yeni dərs ilinin başlanması ilə əlaqədar keçirilən tədbirlərdə Kəlbəcər Rayon İcra Hakimiyyətinin, Kəlbəcər Rayon Təhsil Şöbəsinin əməkdaşları, məktəb kollektivləri, şagirdlər, valideynlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirlərdə həmçinin birincilər hazırladıqları kompozisiyalarla çıxış edərək, yeni dərs ilinin başlandığını bildirən ilk zəngi səsləndiriblər.
Qeyd edək ki, Kəlbəcər Rayon Təhsil Şöbəsinin tabeliyində 94 tam orta və 15 ümumi orta təhsil müəssisəsi fəaliyyət göstərir.