10.09.2019

Ali məktəblərə qəbul olan məzunlar mükafatlandırılıb

Görüş Aşıq Şəmşir Mədəniyyət Ocağı İctımai birliyinin dəstəyi ilə Kəlbəcər rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 06.09.2019-cu il tarixində Gəncə şəhərində Məcburi Köçkünlər üçün salınmış Yeni qəsəbədəki Mədəniyyət sarayında keçirilib.

Tədbirə Kəlbəcər rayonundan ali məktəbə qəbul olunmş bütün abituriyentlər və onların valideyinləri dəvət olunmuşdur. Tədbirdə 2018-2019-cu tədris ilində rayondan ən yüksək nəticə göstərmiş 14 nəfər (600-700 bal), o cümlədən Ali hərbi məktəblərə qəbul olunmuş 12 nəfər məzun iştirak ediblər. Yüksək nəticə göstərən məzunlara Fəxri fərman və bütün abituriyentlərə Aşıq Şəmşir Mədəniyyət Ocağı İctımai birliyi tərəfindən maddi dəstək olaraq pul mükafatı verilib.


Açar sözlər: ,  ,  ,