27.08.2019

Qəbul nəticələrinə əsasən 14 nəfər 600 baldan yuxarı nəticə göstərib

Bu il ali məktəblərə daxil olmaq üçün sənəd vermiş  məzunlardan 525 nəfəri tələbə adını qazanıb. Qəbul imtahanlarında məzunlardan 64 nəfəri 500 baldan, o cümlədən 14 nəfəri 600 baldan yuxarı nəticə göstərib.

Yüksək nəticə əldə edən məzunlardan biri də Kəlbəcər rayon 56 nömrəli tam orta məktəbin məzunu Səfərov  Qorxmazdır. II ixtisas qrupu üzrə 674 bal toplayaraq Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə işi (tədris ingilis dilində) ixtisasına qəbul olan məzun uğurlu nəticəsi üçün təhsil almış olduğu ümumtəhsil məktəbinə və valideynlərinə öz minnətdarlığını bildirib.


Açar sözlər: ,  ,