14.06.2019

İyunun 14-də respublikanın bütün ümumtəhsil məktəblərində olduğu kimi Kəlbəcər rayon ümumtəhsil  məktəblərində də "Son zəng" tədbirləri keçirilib.

Tədbirlərdə Kəlbəcər Rayon Təhsil Şöbəsinin, Rayon İcra Hakimiyyətinin əməkdaşları, şəhərin digər idarə və təşkilatlarından qonaqlar, valideyn komitələri, ictimaiyyət nümayəndələri və məktəb məzunları da iştirak ediblər.

Qeyd edək ki, 2018-2019-cu tədris ilində Kəlbəcər rayon məktəblərinin IX siniflərini 1310 nəfər, XI siniflərini 1156 nəfər şagird bitirəcək. Məzunları təbrik edir, onlara uğurlar arzu edirik.


Açar sözlər: ,  ,  ,