26.02.2019

Xocalı dərsi

Fevralın 26-da təhsil müəssisələrində ilk dərslər Xocalı soyqırımına həsr olunub.

Təhsil Nazirliyinin “Xocalı soyqırımının 27-ci ildönümününün keçirilməsi ilə əlaqədar Tədbirlər Planı”na əsasən tədris olunan dərslər zamanı XX əsrin ən böyük faciəsi barədə ətraflı məlumat verilib, Vətənə məhəbbət, düşmənə nifrət hissləri təbliğ olunub.

Tədbirlər Planına uyğun olaraq, fevral ayı ərzində ölkədə fəaliyyət göstərən ali, orta ixtisas, peşə, ümumi və məktəbdənkənar təhsil müəssisələrində Xocalı soyqırımına həsr edilmiş xatirə gecələri, foto və rəsm sərgiləri, şahidlərlə görüşlər keçirilib. Həmçinin Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizəyə dair sənədli və bədii filmlərin nümayişi təşkil olunub.


Açar sözlər: ,  ,