04.10.2018

Beynəlxalq  Müəllimlər  günü  münasibəti  ilə  tədbir  keçirilib

Kəlbəcər  Rayon  Təhsil  Şöbəsində  Beynəlxalq  Müəllimlər  günü  münasibəti  ilə  tədbir  keçirilib.  RTŞ – müdiri  Elmira Şükürova çıxış edərək şərəfli  və ən müqəddəs peşə sahibləri olan müəllimləri bu gözəl gün münasibətilə təbrik edib.

E.Şükürova müəllimlik sənətinin tarixən cəmiyyətin ən şərəfli peşələrindən biri olduğunu xüsusi vurğulayıb. O, ölkədə təhsilə münasibətin ciddi şəkildə dəyişdiyini bildirərək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təhsilə və təhsil işçilərinə göstərdiyi diqqət və qayğıdan danışıb.

Azərbaycan  Təhsil  İşçiləri  Azad  Həmkarlar İttifaqı Kəlbəcər rayon komitəsinin sədri Məhiyəddin Abdurəhmanov rayon ictimai həyatında fərqlənən bir neçə müəllimə və 2017-2018-ci tədris ili üzrə keçirilən qəbul imtahanında  600 baldan  yüksək  nəticə  göstərərək  ali  məktəblərə  qəbul olan  məktəb  rəhbərlərinə  fəxri  fərman  və  pul  mükafatı  təqdim edib.

 


Açar sözlər: ,  ,