12.06.2018

Şagirdlərimiz fənn müsabiqəsinin final mərhələsində iştirak etmək hüququ qazanıb

Respublika fənn müsabiqəsinin final mərhələsinin nəticələri açıqlanıb.

03.06.2018-ci il tarixdə Bakı şəhərində fəaliyyət göstərən Kəlbəcər rayon 117 nömrəli tam orta məktəbində və Gəncə şəhərində fəaliyyət göstərən Kəlbəcər rayon 11 nömrəli tam orta məktəbdə rayonun umumtəhsil məktəblərinin VI və VII sinif şagirdlərinin iştirakı ilə Respublika fənn müsabiqəsinin rayon mərhələsi keçirilib.

Rayonun  ümümtəhsil məktəblərinin VI sinif şagirdləri riyaziyyat fənnindən, VII sinif şagirdləri isə fizika, kimya, biologiya ve informatika fənlərindən olmaqla rayon üzrə 95 nəfər şagird öz biliyini sinayıb.

Müsabiqənin yekununda 3 nəfər şagird keçid balını toplayaraq respublika mərhələsinə vəsiqə qazanıb


Açar sözlər: