25.05.2018

Ş. Şükürov adına Kəlbəcər rayon 35 nömrəli tam orta məktəbdə "Şərqin demokratiya təməli" mövzusunda  dəyirmi masa təşkil edilib

Azərbaycan Respublikası prezidenti İlham Əliyevin 16may 2017 ci ildə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında " və 2018 -ci ilin ölkəmizdə "Azərbaycan xalq Cümhuriyyəti ili" elan edilməsi ilə bağlı 10 yanvar tarixli sərəncamına uyğun olaraq 24 may tarixində "Şərqin demokratiya təməli" mövzusunda  dəyirmi masa təşkil edilib.

Ş. Şükürov adına 35 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi İnqilab Şirinov tərəfindən təşkil edilən tədbirdə müvafiq mövzularda mühazirələr söylənilib. 


Açar sözlər: ,  ,