18.05.2018

Milli Qəhrəman Ş.Şükürovun xatirəsi yad edilib

17 may 2018- il tarixdə Milli Qəhrəman Ş.Şükürov adına Kəlbəcər rayon 35 nömrəli tam orta məktəbdə Ş.Şükürovun doğum gününə həsr edilmiş ədəbi-bədii tədbir keçirilib.

Məktəbin təşkilati işlər üzrə direktor müavini Günay Nadirovanın və Uşaq Birliyi Təşkilatı rəhbəri Aysel Bayramovanın hazırladığı tədbirdə şagirdlər Ş.Şükürovun qəhrəmanlıqlarına həsr olunmuş şeirlər, nəğmələr səsləndiriblər. Milli qəhrəmanın həyat və fəaliyyətini əks etdirən fotolar, şagirdlərin hazırladığı əl işləri təqdim olunub. Məktəbin qocaman müəllimləri Ş.Şükürovla bağlı xatirələrini bölüşüblər.

Tədbir istedadı ilə seçilən şagirdlərin qiymətləndirilməsi ilə davam edib. Sonda məktəbin direktoru Elşən Əzimov çıxış edərək Ş.Şükürovun qəhrəmanlıq salnaməsinin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması üçün örnək olduğunu bildirib.


Açar sözlər: ,  ,